...

Ali Rada səfərbərlik barədə qanun layihəsini qəbul edib

Dünya xəbərləri Materials 7 Fevral 2024 18:00 (UTC +04:00)
Ali Rada səfərbərlik barədə qanun layihəsini qəbul edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Ali Radası səfərbərlik barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, deputatların 243-ü qanun layihəsinin lehinə, 12-si əleyhinə səs verib, 45 nəfər isə bitərəf qalıb.

Məlumata görə, qanun elektron çağırış vərəqələrinin tətbiq edilməsini, xidmətdən yayınan şəxslərin hüquqlarının məhdudlaşdırılması, o cümlədən onların bank hesablarının dondurulması imkanlarını nəzərdə tutur.

Layihə ölkənin müdafiə naziri tərəfindən təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti