...

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 24 Fevral 2024 04:10 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Milli Qvardiyasına məxsus "AH-64 Apache" helikopteri Missisipi ştatında qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz məlumat verib.

"Missisipi Milli Qvardiyasının "AH-64 Apache" helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan iki ekipaj üzvü həlak olub", - deyə Rivz bildirib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti