...

ABŞ HHQ-nin bombardmançı təyyarəsi təcili eniş edib

Dünya xəbərləri Materials 28 Fevral 2024 00:47 (UTC +04:00)
ABŞ HHQ-nin bombardmançı təyyarəsi təcili eniş edib

Bakı. Trend:

Nüvə silahı daşıya bilən ABŞ-ın "B-52" strateji bombardmançı təyyarəsi təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə "Air And Space Force Magazine" nəşri ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən bildirib.

Məlumata əsasən, bombardmançı təyyarə mühərrikində baş verən yanğın səbəbindən Şimali Dakota ştatında yerləşən Maynot Hərbi Hava Qüvvələri bazasına təcili eniş edib.

Qeyd olunub ki, hadisə fevralın 23-də baş verib. Bombardmançının səkkiz mühərrikindən biri yanıb. Təyyarə uğurla eniş edə bilib, ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti