...

Qanunsuz miqrasiya ABŞ-da kollapsa səbəb olacaq - İlon Mask

Dünya xəbərləri Materials 28 Fevral 2024 13:19 (UTC +04:00)
Qanunsuz miqrasiya ABŞ-da kollapsa səbəb olacaq - İlon Mask
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Maskın fikrincə, ABŞ-a qanunsuz miqrasiyanın davam etməsi ölkədəki bütün sistemlərin çökməsi ilə nəticələnəcək.

Trend xəbər verir ki, İlon Mask bu fikri özünün “X” sosial şəbəkə platformasında yazıb.

“Amerikalılar Yer kürəsi əhalisinin 4 faizini təşkil edir. Əlavə 1 faiz insanın bura köçməsi ölkənin bütün əsas xidmətlərinin məhvinə səbəb olacaq. Qanunsuz mühacir axını ölkəni kollapsa sürükləyir”, - deyə sahibkar bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyasının miqrasiya siyasəti ölkəni dünyanın müxtəlif yerlərindən ən təhlükəli cinayətkarlar üçün sığınacaq yerinə çevirib.

Qeyd edək ki, qanunsuz miqrasiya bir neçə ildir cənub ştatları ilə federal hökumət arasında mübahisələrə səbəb olur. Ən gərgin vəziyyət ABŞ administrasiyasının siyasətinə qarşı çıxan Texas ştatında yaranıb. Texas hakimiyyətinə dəstəyini bundan əvvəl də ifadə edən İlon Mask rəsmi Vaşinqtonu qanunsuz miqrasiyaya göz yummaqda günahlandırıb.

Xəbər lenti

Xəbər lenti