Bakı. Trend:
Rusiya Roma statutunun iştirakçısı deyil və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) heç bir qərarını qəbul etmir.
Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın uzaqmənzilli aviasiya komandiri general-leytenant Sergey Kobylaş və Rusiya Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovun həbsinə order verməsini şərh edərkən deyib.
"Biz statutun iştirakçısı deyilik və bunu qəbul etmirik. Bu cür qərarlara da müvafiq şəkildə yanaşırıq", - Kreml nümayəndəsi qeyd edib.
Peskov bunun Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyaya qarşı ilk bu cür qərarı olmadığını qeyd edib və Haaqa tribunalının Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsini də xatırladıb.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun