Bakı. Trend:
Bu gün günorta saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində Aftab Neftayırma Şirkətinə məxsus zavodda partlayış baş verib.
Trend-in xəbərinə görə, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Partlayış Aftab Neftayırma Şirkətinə məxsus zavodun təmir edilməkdə olan sobalarından birində qeydə alınıb.
Sobanın partlaması nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. İşçilər hündürlükdən yıxılma nəticəsində xəsarət alıblar.
