...

Aİ bu iki ölkədən idxal olunan taxıl üçün 95 avro rüsum tətbiq edib

Dünya xəbərləri Materials 19 Mart 2024 20:53 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Rusiya və Belarusdan idxal olunan taxıl üçün 95 avro gömrük rüsumu tətbiq edib.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Yaxın günlərdə Avropa Komissiyasının bir ton üçün 95 avro rüsum tətbiq edəcəyi gözlənilir", deyə nəşr yazır.

Nəşrin məlumatına görə, bu addımın taxılın qiymətini minimum 50 faiz artıracağı gözlənilir.

Bundan başqa, yağlı bitkilərin toxumları və onların emalı üçün istifadə olunan məhsullara da rüsumların tətbiq olunacağı qeyd edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti