...

Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək - Yaşar Güler

Dünya xəbərləri Materials 28 Mart 2024 12:04 (UTC +04:00)
Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək - Yaşar Güler
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ordusu terror mövzusunun ölkə gündəmindən tamamilə silinməsi üzrə qətiyyətlidir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

Müdafiə naziri xatırladıb ki, terror təşkilatları, o cümlədən, PKK ilə mübarizə artıq 40 ildir davam edir.

“Qanlı terror aktları və terrorçuların xaincəsinə hücumları xalqımızın iradəsini sarsıda bilmədi. Türkiyə ordusu ölkədə vəziyyətin sabitliyinin pozulmasına yönəldilən cəhdlərin qarşısını almaqda davam edəcək”, - deyə Y.Güler vurğulayıb.

Onun sözlərinə görə, təkcə cari ilin əvvəlindən bəri Türkiyə ordusu regionda 644 terrorçunu zərərsizləşdirib, ümumilikdə isə antiterror əməliyyatlarının başlandığı 2015-ci ildən etibarən terror təşkilatının 40 min 213 silahlı üzvü məhv edilib:

“Türkiyənin milli təhlükəsizliyinə qarşı hər hansı təhdidin qarşısı qətiyyətlə alınacaqdır. Mübarizəmiz terrorçuluğun tamamilə yox edilməsinə qədər davam edəcək”.

Xəbər lenti

Xəbər lenti