Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə ABŞ-nin dövlət katibi Entoni Blinkenlə görüşüb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, onlar NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində bir araya gəliblər.