...

Yanvar-mart aylarında Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracı 5 milyon dolları ötüb

Dünya xəbərləri Materials 9 Aprel 2024 16:46 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracı 5 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Türkmənistana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 faiz azalaraq, 5,2 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Türkmənistana 1,6 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 66,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 5,9 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 35,5 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti