...

Kiyev vilayətinin ən böyük istilik elektrik stansiyası tamamilə dağılıb

Dünya xəbərləri Materials 11 Aprel 2024 16:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində Kiyev vilayətində yerləşən ən böyük İstilik Elektrik Stansiyası (İES) -“Tripolye” tamamilə dağılıb.

Trend-in xəbərinə görə, bu barədə Ukraynanın “Senterenerqo” enerji şirkətinin Müşahidə Şurasının sədri Andrey Qota məlumat verib.

Onun sözlərinə görə, zərbələr nəticəsində turbin sexində irimiqyaslı yanğın baş verib. Müəssisədə yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Qota deyib ki, hücum nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti