Bakı. Trend:
İranın İsrailə hücumu fonunda Böyük Britaniya raket və dronları ələ keçirməyə hazır olmaq üçün Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə məxsus daha çox qırıcı təyyarəsi yerləşdirməyə qərar verib.
Trend-in məlumatına görə, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi xəbər verib.
Bəyanatda qeyd olunub ki, İraq və Suriyada "İslam Dövləti" qruplaşması ilə mübarizə məqsədi daşıyan “Shader” əməliyyatı çərçivəsində Kral Hərbi Hava Qüvvələrinə məxsus əlavə təyyarələr və yanacaq dolduran təyyarələr yerləşdirilib. Bildirilib ki, bu Britaniya təyyarələri zərurət yaranarsa, öz missiya əraziləri daxilində istənilən hava hücumunun qarşısını almağa hazırdır.