...

Slovakiyanın baş nazirinə sui-qəsd olunub: atəş açan şəxs saxlanılıb

Dünya xəbərləri Materials 15 May 2024 17:18 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd olunub.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-i məlumat yayıb.

Məlumata görə, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Hadisənin motivi barədə hələ ki, məlumat yoxdur.

Qeyd edilir ki, baş nazirinə sui-qəsd edən şəxs saxlanılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti