...

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Dünya xəbərləri Materials 21 May 2024 22:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzza zolağının cənubundakı Rəfah şəhərinin sakinlərinə ərzaq paylanmasının müvəqqəti dayandırıldığını elan edib.

Trend-in məlumatına görə, bu barədə agentlik "X" sosial səhifəsində yazıb.

“Ərzaq paylanması təchizat çatışmazlığı və təhlükəsizlik səbəbindən dayandırılıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, agentliyin 24 tibb mərkəzindən yalnız 7-si açıq qalır. Kerem Şalom və Rəfah keçidlərinin bağlanması səbəbindən agentliyin əməkdaşları son 10 gündə tibbi ləvazimat almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti