...

Erməni keşiş etirazçıları Ermənistan XİN-in qarşısında toplaşmağa çağırıb

Dünya xəbərləri Materials 31 May 2024 14:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) Ermənistanda vəziyyəti gərginləşdirməyə davam edir. Belə ki, keşiş bu dəfə etirazçıları Xarici İşlər Nazirliyinin qarşısında toplaşmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Baqrat Srbazan Ermənistan XİN-in binasına girməyə hazırlaşır. Binanın ətrafına xeyli sayda polis qüvvələri cəlb olunub.

"Əhaliyə müraciət edirəm, artıq vaxt yoxdur, hamınız Xarici İşlər Nazirliyinin binasının qarşısına gəlin", - Srbazan əhaliyə müraciət edərək bildirib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti