...

Viktor Orban Trampı dəstəkləyib

Dünya xəbərləri Materials 31 May 2024 18:08 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın baş naziri Viktor Orban Nyu-York məhkəməsinin qərarından sonra ABŞ-nin keçmiş prezidenti Donald Trampı dəstəkləyib.

Trend xəbər verir ki, Viktor Orban bu barədə "X" platformasındakı paylaşımında deyib.

"Mən Donald Trampı şərəfli insan kimi tanıyıram. Qoy xalq öz hökmünü noyabrda versin! Mübarizə aparmağa davam etdirin, cənab prezident", - Orban paylaşımında deyib.

Qeyd edək ki, Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı ittiham olunduğu dörd cinayət işindən birincisi - keçmiş porno aktrisası Stormi Denielsə ödənişlərlə əlaqədar sənədlərin saxtalaşdırılması - üzrə təqsirli bilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti