Bakı. Trend:
Rusiyanın Komi Respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində 50-yə yaxın şəxs xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın təcili yardım xidmətlərindən məlumat verilib.
"50-yə qədər insan hadisə yerində kömək üçün həkimlərə müraciət edib. Xəsarət alanların əksəriyyətinə sınıqlar, qançırlar, kəsiklər və travmatik beyin xəsarətləri diaqnozu qoyulub", - deyə bildirilib.
xxx
21:38
Rusiyanın Komi Respublikasında minik vaqonlarının yarıdan çoxu relsdən çıxıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın təcili yardım xidmətlərindən məlumat verilib.
Bildirilib ki, Vorkuta-Novorossiysk qatarının 14 vaqonundan 9-u relsdən çıxıb.
Məlumata görə, bir neçə nəfər xəsarət alıb və onlara hadisə yerində tibbi yardım göstərilir.