...

Banqladeşdə tələbə iğtişaşlarında onlarla insan həlak olub

Dünya xəbərləri Materials 20 İyul 2024 01:15 (UTC +04:00)

Bakı. Trend:

Banqladeşi bürüyən tələbə iğtişaşlarında ən azı 64 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" qəzeti xəbər verib.

Məlumata əsasən, etirazçılar dövlət televiziyasının qərargahına və yüzlərlə məhbusun azad edildiyi həbsxanaya hücum ediblər. Həmin obyektlər yandırılıb. Baş nazirin mətbuat xidməti, mərkəzi bank və polisin internet saytları kiberhücumlara məruz qalıb.

Ölkə hakimiyyəti komendant saatı elan edib, mobil internetin işini və sosial şəbəkələrə çıxışı məhdudlaşdırıb. Ölkədəki bütün universitet və kolleclər qeyri-müəyyən müddətə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti