...

Zelenski Trampla görüş barədə razılaşıb

Dünya xəbərləri Materials 20 İyul 2024 10:25 (UTC +04:00)
Zelenski Trampla görüş barədə razılaşıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampla telefon danışığında şəxsi görüş barədə razılığa gəlib.

Trend xəbər verir ki, Ukrayna prezidenti bu barədə özünün "Telegram" hesabında məlumat paylaşıb.

"Prezident Trampla şəxsi görüşdə məhz hansı addımların dünyanı necə dürüst və həqiqətən, davamlı edə biləcəyini müzakirə etmək barədə razılığa gəldik", - Zelenski paylaşımında deyib.

Bundan başqa, telefon danışığında Zelenski Trampı Respublikaçılar Partiyasının namizədi olması münasibətilə təbrik edib və bu yaxında ona qarşı təşkil olunmuş sui-qəsd cəhdini pisləyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti