Bakı. Trend:
Aparılan araşdırmalar nəticəsində HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin qısamənzilli raketlə vurulduğu bəlli olub.
Trend-in məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilir.
SEPAH bildirib ki, qısamənzilli raketin ağırlığı təxminən 7 kiloqram olub və güclü partlayış qonaqların yerlədiyi məkandan kənarda baş verib.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib