Bakı. Trend:
Türkiyə Nazirlər Kabineti üç həftəlik fasilədən sonra bu gün iclas keçirəcək.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, iclasın əsas gündəmi İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları və Yaxın Şərqdə artan gərginlik olacaq.
Bundan başqa, iclasda terrorla mübarizə və Türkiyə iqtisadiyyatındakı son vəziyyət müzakirə olunacaq.