Bakı. Trend:
İsveçin ədliyyə naziri Qunnar Strömmer, İsveç Polis İdarəsinin Milli Əməliyyat Departamentinin rəhbəri Yohan Olsson və Təhlükəsizlik Polisinin əməliyyat rəhbəri Fredrik Hallström ilə birlikdə təhlükəsizlik vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, mətbuat konfransında Q.Ştrömmer deyib: “Son 1,5 ildə İsveç polisi 200 zorakılıq aktının qarşısını almağa nail olub. 2022-ci illə müqayisədə odlu silahlardan istifadə etməklə ölümlə nəticələnən hallar əhəmiyyətli dərəcədə azalıb”.