...

Yeni konstitusiya üzərində fəal işləyirik - Numan Qurtulmuş

Dünya xəbərləri Materials 19 Avqust 2024 21:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə yeni konstitusiya üzərində fəal işləyir. Yeni konstitusiyanın hazırlanması və qəbulu ilə bağlı danışıqların bir il ərzində başa çatdırılması planlaşdırılır.

Trend türk KİV-lərinə xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Qurtulmuş bildirib.

O qeyd edib ki, sənədi 2025-ci ilin payız sessiyasında parlamentin müzakirəsinə təqdim etmək niyyətindəyik.

"Hər kəsin fikrini nəzərə alacağıq. Parlamentin əsas vəzifələrindən biri müasir, demokratik, əhatəli və hərtərəfli konstitusiya hazırlamaqdır. Mən parlamentimizdə yeni konstitusiya qəbul etmək istəyini görürəm və ümid edirəm ki, bu, reallaşacaq", - Qurtulmuş əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti