...

İtaliyada 11 milyon avro dəyərində saxta əskinasların istehsalçısı həbs edilib

Dünya xəbərləri Materials 21 Avqust 2024 08:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın cənub-qərbində, Neapolda 11 milyon avro dəyərində əskinas istehsal etməkdə şübhəli bilinən saxtakar həbs edilib.

Trend-in məlumatına görə, əməliyyat avqustun 14-də keçirilib, yeraltı mətbəə sökülüb. Müstəntiqlərin fikrincə, həmin şəxs 2023-cü ildə aşkar edilən və dövriyyədən çıxarılan bütün saxta avro əskinaslarının 27%-dən çoxunu buraxıb. Söhbət təxminən 8 milyon avrodan gedir.

Bundan əlavə, dövriyyəyə buraxılmazdan əvvəl bütün Avropada təxminən 950.000 avro (əsasən 20, 50 və 100 avro nominalında) müsadirə edilib. Nəhayət, Neapoldakı mətbəədən 3 milyon avro dəyərində əskinaslar götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti