...

Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Dünya xəbərləri Materials 10 Sentyabr 2024 03:55 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 13-də Rusiyanın sorğusu üzrə Ukraynaya Qərb silahlarının verilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

"Sentyabrın 10-da Nyu-York vaxtı ilə saat 15:00-da Ukraynadakı vəziyyətin humanitar aspektləri ilə bağlı qərblilərin tələb etdiyi iclas başlayacaq. Buna cavab olaraq biz sentyabrın 13-də Nyu-York vaxtı ilə saat 10:00-da Kiyev rejiminə Qərb silahlarının verilməsi ilə bağlı iclas keçirəcəyik", - deyə D.Polyanski öz "Telegram" kanalında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti