Bakı. Trend:
Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güclü yağış səbəbindən uçuş-enmə zolağından çıxıb və ön dayağı palçığa ilişib.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
"185 sərnişin və 7 ekipaj üzvü problemsiz olaraq təyyarədən təxliyə edilərkən, heç bir neqativ hal aşkarlanmayıb", - nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.