Bakı. Trend:
Qarşıdan gələn ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi qlobal sabitlik və təhlükəsizlik baxımından onun demokrat rəqibi Kamala Harrisin qələbəsindən daha faydalı olacaq.
Trend xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Piter Sziyarto deyib.
“Qlobal təhlükəsizlik və sabitlik perspektivlərinə gəlincə, Trampın ABŞ-ın növbəti prezidenti olması daha yaxşı olacaq. Təbii ki, biz amerikalı olmadığımıza görə buna təsir edə bilmərik, ona görə də bunu Amerika xalqının ixtiyarına buraxacağıq və onların qərarına hörmətlə yanaşacağıq”, - deyə o bildirib. Sziyarto əlavə etdi ki, Macarıstan "barmaqlarını çarpazlayıb" və Trampın prezidentlik yarışında qalib gələcəyinə ümid edir.
Eyni zamanda XİN rəhbəri əlavə edib ki, Budapeşt kimin ABŞ prezidenti olmasından asılı olmayaraq Vaşinqtonla yaxşı münasibətləri inkişaf etdirməyi hədəfləyir.