...

Qazaxıstanda yanğın baş verib

Dünya xəbərləri Materials 29 Sentyabr 2024 23:01 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda Jambil vilayətində restoran binasında yanğın baş verib, 250 nəfər təxliyə edilib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

“Bu dəqiqələrdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Jambil rayonunun Bauyrjana Momışulı kəndində yerləşən restoranın ikimərtəbəli binasında baş vermiş yanğını söndürürlər. Binadan 250 nəfər təxliyə edilib”, - deyə məlumatda bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğınsöndürənlər olduqca çətin şəraitdə çalışıblar.

Daha sonra idarədən qeyd olunub ki, yanğın 400 kvadratmetrlik ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində ola biləcək qurbanlar haqqında məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti