Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Suriyadakı hərbi müşaviri Məcid Divani İsrailin Suriyaya hava hücumu nəticəsində ölüb.
Trend-in məlumatına görə, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusu bəyanat yayıb.
Bəyanatda bildirilib ki, SEPAH müşaviri 3 gün öncə İsrailin Suriyaya hücumunda yaralanıb.
İranlı zabit bu gün ölüb.