Bakı. Trend:
"Türk Hava Yolları"nın “Seatle-İstanbul” səfərini həyata keçirən təyyarənin kapitan pilotu uçuş zamanı həyatını itirib.
Trend xəbər verir ki, bu barədə "Türk Hava Yolları" (THY) məlumat yayıb.
Məlumatda bildirilib ki, TK204 nömrəli “Seatle-İstanbul” səfərini həyata keçirən TC-LGR qeydiyyatlı Airbus 350 tipli təyyarənin kapitan pilotu İlçehin Pehlivanın uçuş zamanı huşunu itirdiyi bildirilib.
Təyyarədə pilota edilən müdaxilənin nəticəsiz qalması üzərindən kokpit heyəti təcili eniş qərarı qəbul edib, lakin Pehlivan enişdən əvvəl həyatını itirib.