...

İsrail ordusu "Hizbullah"ın 200-ə yaxın obyektinə hücum edib

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 22:31 (UTC +04:00)

Bakı. Trend:

Son 24 saat ərzində İsrail aviasiyası və artilleriyası Livanda "Hizbullah" təşkilatı ilə əlaqəli 200-ə yaxın obyektə hücum edib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan hədəflər arasında Livan və Suriya sərhədində silahların saxlanıldığı yeraltı obyekt, eləcə də cənubda və Livanın dərinliklərində onlarla reaktiv yaylım atəşi sistemi və yer-yer raketləri olub.

Xəbər lenti

Xəbər lenti