...

Respublikaçılar böyük ehtimalla ABŞ Nümayəndələr Palatasında çoxluğu saxlayacaqlar

Dünya xəbərləri Materials 10 Noyabr 2024 05:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-də keçirilən ümumi seçkilərin nəticələrinə görə, Respublikaçılar artıq Konqres Nümayəndələr Palatasında 216 yeri təmin ediblər və 80 faizdən çox ehtimalla oraya nəzarəti saxlayacaqlar.

Trend-in məlumatına görə, bu barədə Amerikanın "DDHQ" portalı bildirib.

Hazırkı çağırışda Nümayəndələr Palatasındakı 435 yerdən respublikaçılar 220, demokratlar isə 212 yerə sahibdirlər. Üç yer boşdur. DDHQ hesablamalarına görə, respublikaçıların Konqresin aşağı palatasına nəzarəti saxlamaq şansı 81,8 faiz təşkil edir. Demokratların palatada çoxluğu qazanmaq şansı 18,2 faiz olaraq qiymətləndirilir.

DDHQ-nin proqnozları göstərir ki, yeni çağırış Nümayəndələr Palatasında respublikaçılar artıq 216, Demokratlar isə 208 yer təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti