...

Tailandda doqquz metrlik Budda heykəli insanların üzərinə düşüb

Dünya xəbərləri Materials 5 Dekabr 2024 06:23 (UTC +04:00)
Tailandda doqquz metrlik Budda heykəli insanların üzərinə düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandın şərqində, Kaenq Han Sunq monastırında doqquz metrlik Budda heykəli insanların üzərinə düşərək 5 nəfərin xəsarət almasına səbəb olub.

Trend xəbər verir ki, bu barədə Mirror məlumat yayıb. Hadisə zamanı xəsarət alanlar arasında Paivan Vantanqfonq da yer alıb. O, heykəlin yıxılmasının səbəbini güclü küləyin təsiri ilə əlaqələndirsə də, dəqiq səbəbin hələ müəyyən edilmədiyini qeyd edib.

Bəzi yerli sakinlər isə heykəlin yerləşdiyi ərazidə əvvəllər qədim evlərin olduğunu və “bu diyarın ruhlarının” dəyişikliklərdən narazı ola biləcəyini iddia edirlər. Polis isə heykəlin üzərində işləyən şəxslərin oxşar ölçülü beton konstruksiyaların tikintisində təcrübəyə malik olduğunu bildirib. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti