Bakı.Trend:
ABŞ bunu etsə belə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırlaşmır.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının iqtisadiyyat üzrə ali komissarı Valdis Dombrovskis bildirib.
Avropa İttifaqı rəsmisinin sözlərinə görə, Aİ öz təhlükəsizliyi ilə bağlı məsələləri öz öhdəsinə götürəcək və ABŞ Rusiyaya qarşı hər hansı geri addımlar atsa, birlik bunu təkrarlamayacaq və nəzərdə tutulan 16-cı sanskiyalar paketini qəbul edəcək.
Yeni məhdudlaşdırıcı tədbirlərdən ibarət paketin artıq sabah (19 fevral-red) razılaşdırılacağı gözlənilir. Avropa KİV-də yayılan məlumata görə, məsələ artıq müzakirə mərhələsindən təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim olunma mərhələsinə keçib.