...

Tramp radio aparıcısını “FBI” başçısının müavini təyin edib

Dünya xəbərləri Materials 24 Fevral 2025 12:21 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidenti Donald Tramp sağçı siyasi şərhçi və radio aparıcısı olan Den Bonqinonu Federal Təhqiqatlar Bürosu direktorunun müavini təyin edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, sosial şəbəkə hesabında bu qərarını elan edən Ağ Ev rəhbəri onu vətənini sonsuz dərəcədə sevən vətənpərvər kimi qələmə verib və onun yeni FBI direktoru Keş Patelin rəhbərliyi altında çalışacağını bildirib.

Qeyd edilir ki, 50 yaşlı Bonqino kütləvi informasiya vasitələri sahəsindəki fəaliyyəti ilə yanaşı, Nyu-York Polis İdarəsində, həmçinin ABŞ-nin Məxfi Xidmətində çalışıb, keçmiş prezidentlər Corc Buş və Barak Obamanın mühafizəsində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti