...

Tramp Kanada və Meksikadan idxal olunan mallara rüsumları yenidən təxirə salıb

Dünya xəbərləri Materials 7 Mart 2025 04:33 (UTC +04:00)
Tramp Kanada və Meksikadan idxal olunan mallara rüsumları yenidən təxirə salıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan üçtərəfli ticarət sazişinə daxil olan mallara 25 faizlik idxal rüsumunun tətbiqinin aprelin 2-dək təxirə salınması barədə sərəncam imzalayıb. D.Tramp qeyd edib ki, bu tarixdən sonra belə güzəştlər olmayacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə bildirib.

"Böyük hadisə aprelin 2-də, cavab tariflərinin tətbiq ediləcəyi vaxt baş verəcək", - deyə o bildirib. ABŞ prezidenti əlavə edib ki, həmin tarixdən sonra ABŞ Amerika məhsullarına tətbiq etdiyi tariflərə uyğun olaraq digər ölkələrdən gələn mallara da rüsumlar tətbiq edəcək.

O qeyd edib ki, administrasiyası rüsumların tətbiqi ilə bağlı əlavə gecikmələr və ya düzəlişlər planlaşdırmır. Onun sözlərinə görə, yeganə istisna avtomobil sənayesi olub - bir gün əvvəl müvafiq malları 30 gün müddətinə əlavə rüsumlardan azad edən fərman imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti