...

İranda yol qəzalarında 87 nəfər ölüb

Dünya xəbərləri Materials 19 Mart 2025 14:54 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən 4 gün ərzində İranda Novruz bayramı ilə əlaqədar yerli səfərlərdə baş verən yol qəzalarında 87 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Yol Polisinin rəisi polkovnik Əhməd Kərəmi Əsəd yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə yol qəzalarında 3 075 nəfər xəsarət alıb.

Kərəmi Əsəd bildirib ki, təkcə ötən gün ərzində baş verən yol qəzalarında 21 nəfər ölüb, 625 nəfər xəsarət alıb.

Qeyd edək ki, İranda Novruz bayramında və ölkədə qeyd olunan “Yeni İl” istirahət günlərində əhalinin istirahət və şənliklər təşkil etməsi əlaqədar ölkədaxili səfərləri artır.

Xəbər lenti

Xəbər lenti