...

ABŞ administrasiyası Argentinanın keçmiş prezidentinə ölkəyə giriş qadağası qoyub

Dünya xəbərləri Materials 22 Mart 2025 02:19 (UTC +04:00)
ABŞ administrasiyası Argentinanın keçmiş prezidentinə ölkəyə giriş qadağası qoyub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşneri (2007-2015) və keçmiş Federal Planlaşdırma naziri Xulio de Vidonu (2003-2015) korrupsiyada ittiham edərək ölkəyə girişini qadağan edib.

Trend xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

Məhdudiyyətlər onların yaxın qohumlarına da şamil edilir. Kirşner və de Vido dövlət vəzifələrindən sui-istifadə edərək, ictimai işlər müqavilələri vasitəsilə milyonlarla dollar mənimsəməkdə ittiham olunurlar. Bəyanatda vurğulanır ki, Argentina məhkəmələri də onların korrupsiya əməllərini təsdiqləyib.

Rubio bildirib ki, ABŞ korrupsiyaya bulaşmış məmurların məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti