...

ABŞ-də sərnişin təyyarəsi ilə hərbi təyyarə səmada toqquşma təhlükəsi ilə üzləşdi

Dünya xəbərləri Materials 29 Mart 2025 15:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də sərnişin təyyarəsi və Hərbi Hava Qüvvələrinin təyyarəsi havada toqquşma təhlükəsi ilə üzləşib.

Trend xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi xəbər yayıb.

Məlumata görə, hadisə Vaşinqtonda bir müddət əvvəl təyyarə qəzasının baş verdiyi Ronald Reyqan adına hava limanı yaxınlığında qeydə alınıb. "Delta Air Lines" aviaşirkətinə məxsus "Airbus A319" sərnişin təyyarəsi hava limanından qalxanda yaxınlığından ABŞ Hərbi Hava Qüvvələrinin dörd "T-38 Talon" təlim təyyarəsi keçib.

Qurumdan bununla bağlı araşdırma aparılacağı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti