Bakı. Trend:
Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları Tel-Əvivin Ben Qurion hava limanına növbəti ballistik raket zərbəsi endiriblər.
Trend-in məlumatına görə, bu barədə üsyançıları hərbi sözçüsü Yəhya Sariya deyib.
"Raket qüvvələri hərbi əməliyyat keçirib, əməliyyat onlar "Zülfüqar" tipli ballistik raketdən istifadə edərək Yaffa ərazisində (Tel-Əviv nəzərdə tutulur) Ben Qurion hava limanını vurublar", - deyə o bildirib.
Onun sözlərinə görə, “əməliyyat öz məqsədinə uğurla nail oldu”.