...

Mask 13-cü övladının anasına milyonlarla dollar pul verib

Dünya xəbərləri Materials 1 Aprel 2025 11:04 (UTC +04:00)
Mask 13-cü övladının anasına milyonlarla dollar pul verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask on üçüncü övladı saydığı körpənin anası Eşli Sent-Klerə 2,5 milyon ABŞ dolları məbləğində pul verib və üstəlik illik olaraq ona külli miqdarda ödəniş etməyi öhdəsinə götürüb.

Trend xəbər verir ki, bunu Mask özü “X” hesabında paylaşdığı məlumatda bildirib.

Mask uşağın atası olduğuna qəti əmin olmasa da, genetik testə hazır olduğunu diqqətə çatdırıb.

“Mən bilmirəm, o mənim övladımdır, ya yox, ancaq bunun müəyyənləşdirilməsinə qarşı deyiləm. Bunun üçün heç məhkəmə qərarına ehtiyac yoxdur... Mən bunu dəqiq bilməsəm belə, Eşliyə 2,5 milyon ABŞ dolları ötürmüşəm və (hesabına) illik 500 min ABŞ dolları köçürəcəyəm”, - deyə Mask bildirib.

Qeyd edək ki, Eşli Sent-Kler milyarderə məxsus “Neuralink” şirkətinin keçmiş əməkdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti