...

Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub - QMİ

Cəmiyyət Materials 1 Aprel 2025 10:28 (UTC +04:00)
Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub - QMİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub.

Bunu Trend-in sualına cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, hazırda Həcc ziyarətinə sənəd qəbulu davam edir.

"Həcc ziyarətinə sənəd qəbulunun müddəti yarım ay uzadılıb.

Hazırda kvota 90% dolub. Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib", - deyə o qeyd edib.

Qeyd edək ki, əvvəl sənəd qəbulunun aprelin əvvəlinə qədər davam edəcəyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti