...

Koreya prezidentinin impiçmenti ilə bağlı yekun qərar veriləcək

Dünya xəbərləri Materials 1 Aprel 2025 10:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikasının Konstitusiya Məhkəməsi həbsdə olan prezident Yun Sok Yolun impiçmenti işi üzrə aprelin 4-də yekun qərar çıxaracaq.

Trend xəbər verir ki, bu haqda C.Koreya Ali Məhkəməsinin Mətbuat Xidməti məlumat yayıb.

Məhkəmə prosesi çərçivəsində tərəflərin mübahisəsi fevralın 25-də yekunlaşıb. Bundan əvvəl Konstitusiya Məhkəməsinin baş katibi Kim Çjun Von işin ictimai əhəmiyyətini nəzərə alaraq, hakimlərin işə xüsusi həssaslıqla yanaşdıqlarını bildirib.

Xatırladaq ki, ötən ilin dekabrın 14-də prezidentin öz səlahiyyətlərindən istifadə edərək ölkədə hərbi vəziyyət elan etməsinə görə parlament ona impiçment elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti