Bakı. Trend:
Ötən il Avstriya ərazisindəki dağlarda 85 Almaniya vətəndaşı həlak olub.
Trend xəbər verir ki, Avstriya Alp Təhlükəsizliyi Qurumunun (ÖKAS) açıqladığı illik hesabatda ötən il bu ölkədəki dağlarda ümumilikdə 309 nəfərin həlak olduğu qeyd edilib. Həmin şəxslər dağlarda piyada gəzinti, xizəksürmə, dağ velosipedi və ya alpinist fəaliyyəti zamanı həlak olublar.
Ölüm səbəbləri arasında ilk sırada ürək çatışmazlığı yer alıb. Bundan başqa, bir çox insan büdrəyərək və ya dağdan yıxılaraq həyatını itirib, 16 nəfər isə qar uçqunu və ya aşan ağacların altında qalması nəticəsində həlak olub.