Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası smartfon, kompüter və digər elektronika məhsullarının daşınması prosedurunu qarşılıqlı gömrük rüsumlarından azad edib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinə istinadən xəbər verib.
Məlumata əsasən, rüsumların tətbiq dairəsi daralır. Bura 125 faiz rüsum tətbiq edilən Çin malları və 10 faiz rüsum tətbiq edilən digər ölkələrin məhsulları da daxildir.
Bildirilib ki, rüsumlardan azad edilən malların siyahısına smartfonlar, noutbuklar, sərt disklər, kompüter prosessorları və yaddaş çipləri, həmçinin yarımkeçiricilərin istehsalı üçün avadanlıqlar daxildir.