Bakı. Trend:
Türkiyə 2025-cü ilin mart ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artaraq, 2 milyon 915 min 72 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Qazaxıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 91,1 faiz artaraq, 10 milyon 185 min 72 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb, 4 milyon 35 min 31 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 1 milyon 549 min 577 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 219 min 149 dollar məbləğində polad ixrac edib.