Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukraynada nizamlanma ilə bağlı tezliklə “çox yaxşı təkliflər” gözlədiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı bildirib.
"Mən edə biləcəyim tək şey onu dayandırmağa çalışmaqdır. Etmək istədiyim təkcə budur. İnsanların ölümünün qarşısını almaq istəyirəm. Və düşünürəm ki, biz bu istiqamətdə uğur əldə etdik", - deyə o qeyd edib.
"İnanıram ki, tezliklə sizə çox yaxşı təkliflər gələcək", - deyə o əlavə edib.