...

Türkiyədə zəlzələdən sonra 266 yeraltı təkan qeydə alınıb

Dünya xəbərləri Materials 24 Aprel 2025 14:58 (UTC +04:00)
Türkiyədə zəlzələdən sonra 266 yeraltı təkan qeydə alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə hökuməti ötən gün İstanbul və bir sıra vilayətləri silkələmiş zəlzələdən sonrakı vəziyyətlə bağlı açıqlama yayıb. Episentri Mərmərə dənizi olan 6.2 bal gücündə zəlzələdən sonra bölgədə 266 təkrar yeraltı təkanlar (afterşoklar) qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bəyanat verib.

“Yeraltı təkanlardan 258-i 0-4 balları arası maqnitudada olub, yeddisi isə 4-5 arası gücdə olub, birinin isə maqnitudası 5 dən çox olub”, - deyə nazir jurnalistlər üçün keçirilən brifində deyib.

Yerlikaya diqqətə çatdırıb ki, hadisə nəticəsində həlak olan, həmçinin zəlzələ nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti