...

Hindistan Hind çayının axınını bloklayıb

Dünya xəbərləri Materials 25 Aprel 2025 01:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan hökuməti Pakistan istiqamətində axan Hind çayının axınını bəndlər və kanallar vasitəsilə idarə edən dörd əsas şlüzü tamamilə bağlayıb.

Trend xəbər verir ki, bu barədə məlumatı Hindistanın “ANI News” agentliyi yayıb.

Məlumata görə, bu hadisə 1960-cı ildə imzalanmış Hind çayı suları haqqında sazişdən sonra bu cür blokadanın ilk halı kimi qeydə alınıb. Həmin saziş tərəflər arasında siyasi gərginliyə baxmayaraq, Hind çayı hövzəsinin sularının paylaşdırılmasını tənzimləyirdi.

Pakistan daha əvvəl dəfələrlə xəbərdarlıq edərək bildirib ki, Hindistanın çayın axınını dayandırmaq və ya istiqamətini dəyişmək cəhdləri İslamabad tərəfindən “müharibə aktı” kimi qəbul olunacaq. Hazırda Hind çayı məsələsi regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti