...

Ermənistanda binada partlayış - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 11 İyun 2025 11:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Qeqarkunik vilayətində yaşayış binasında partlayış baş verib.

Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.

İnsident Çəmbərək şəhərinin Paruyr Sevak küçəsində baş verib və partlayışdan sonra binanın bir hissəsi çöküb.

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər həyatını itirib. Ərazidə olan sakinlər 10 nəfərə yaxın insanın yaralandığını, 4 nəfərin itkin düşdüyünü bildiriblər. Hadisə yerində xilasedicilər və müstəntiqlər işləyir.

İlkin versiyaya görə, partlayış qaz sızması ilə əlaqədar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti